TR
Video yükle

Türkiyə hücuma keçdi

1 198 izlenme Son haberler
Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalındakı Haftanin bölgəsinə “Pəncə-Qartal” adı altında yeni hərəkatı başlayıb. oXU24.COM xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Nazirliyin tvitter hesabından verilən açıqlamada bildirilib ki, türk xalqını və hüdudlarının təhlükəsizliyini təhdid edən PKK, eynilə digər terror ünsürlərini zərərsizləşdirmək məqsədilə Hərbi Aviasiya Qüvvələri, ATAK helikopterləri, PUA və SPUA-larla dəstəklənən qoşunlar havadan hücum hərəkatı ilə bölgəyə gedib. Qeyd olunub ki, havadan hücum hərəkatından əvvəl bölgədə yerləşdirilən topçu birliklər müəyyən edilən hədəfləri kəskin atəşə tutub.

Yorumlar 0

Yorum yazmak için giriş yapın

Henüz yorum yok. İlk yorumu siz yazın.