TR
Video yükle

Türk Ordusu Qarabağa girsin - AÇIQLAMA

72 izlenme Son haberler
"Türkiyə Silahlı Qüvvələrinin Suriyada, Liviyada, İraqda sülhü və barışı möhkəmləndirmək üçün həyata keçirdiyi hərbi əməliyyatları dəstəkləyirəm".
Bu sözləri Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü Yeni Kanal internet televiziyasına açıqlamasında söyləyib. Mübariz Göyüşlü bildirib ki, adları çəkilən ölkələrin suverenliyini pozaraq burada münaqişə ocaqları yaradan böyük dövlətlərdən fərqli olaraq Türkiyənin iştirakı sülhü, əmin-amanlığı təmin edir.

Sitat: "Türk ordusu Suriyada və Liviyada işğalçılıq planlarını həyata keçirmək istəyən Rusiyaya, rus ordusuna lazımi dərsi verdi. Rusiyaya göstərdi ki, bu ölkələrdən, onların ərazisindən istifadə edərək Türkiyəyə qarşı öz məkrli planlarını həyata keçirə bilməz. Bu ölkələrdən Türkiyənin ərazisinə terrorçu axınının qarşısını aldı. Bütün bu amillər Azərbaycan üçün, Qarabağ probleminin həlli üçün də çox vacibdir".

Mübariz Göyüşlü Qarabağ probleminin həllində bölgədə nüfuzu artan Türkiyənin də aktiv iştirakını gözlədiyini və bunun Azərbaycanın xeyrinə olacağına inandığını vurğulayıb.

Sitat: "Əgər böyük dövlətlər, başda Rusiya olmaqla Ermənistana açıq dəstək verməsələr Azərbaycan Ordusu bu problemi qısa müddətə həll edə bilər. 2016-cı ilin aprel döyüşlərində biz bunun şahidi olduq. Lakin Rusiya konstruktiv rol oynayaraq Ermənistana dəstək verir. Ona görə də hesab edirəm ki, Azərbaycan və Türkiyə ordusu Qarabağdakı terrorçulara və separatçılara qarşı birgə mübarizəyə başlaya bilərlər. Belə bir halda Rusiyanın müdaxilə edəcəyinə inanmıram. Müdaxilə etsə də belə iki türk dövlətinin birləşmiş gücləri qarşısında məğlub duruma düşər. Ona görə də mən Türkiyə ordusunu Cənubi Qafqaza gəlməsini, Qarabağ probleminin həllində Azərbaycana açıq dəstək verməsini təklif edirəm".

Yorumlar 0

Yorum yazmak için giriş yapın

Henüz yorum yok. İlk yorumu siz yazın.