Tıxacın səbəbi bu sürücülərdir
303 izlenme
Son haberler
Paytaxtda tıxacın səbəbi bəzi sürücülərin eqoistlik edərək qayda pozuntularına yol vermələridir. Vaxtında hərəkət istiqamətini doğru təyin etməyən, doğru hərəkət zolağını seçməyən və zaman qazanmaq üçün sıradan çıxıb qadağan olunmuş yerlərdən yolunu dəyişərək başqasının yolunu kəsən sürücülər tıxacın yaranmasına və ya tıxacda qalma müdətinin artmasını səbəb olurlar. YPX.AZ xəbər verir ki, Bakı-Sumqayıt yolu, üzü 20 Yanvar dairəsi istiqamətində hərəkət edən sürücülər bu kimi addımlara əl ataraq digər sürücülərin yolunu kəsir, tıxacın uzanmasına səbəb olurlar. Təqdim edəcəyimiz video materialda 10-larla sürücünün bu addıma əl atdığıının şahidi olacaqsınız. Həmin görüntüləri sizlərə təqdim edirik:
Yorumlar 0
Yorum yazmak için giriş yapın
Henüz yorum yok. İlk yorumu siz yazın.