TR
Video yükle

Terrorçu ermənilərin məhkəməsi keçiriləcək

8 izlenme Son haberler
Azərbaycan ərazisində terror-təxribat və digər əməllər törətməkdə təqsirləndirilən erməni silahlı dəstələrinin 14 üzvünün Bakı Ağır Cinayətlər məhkəməsində cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirildi.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirildi. Daha sonra məhkəmə istintaqının başlandığı elan edildi. Prokuror ittiham aktını diqqətə çatdırdı.

İttihama görə, təqsirləndirilən şəxslər qanunsuz şəkildə odlu silah, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə edərək qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr yaradıblar. Həmin şəxslər ötən il 26-27 noyabr tarixlərində dövlət sərhədini qanunsuz olaraq keçərək Xocavənd rayonunun Hadrut qəsəbəsində yerləşən meşəlik ərazilərdə yerləşiblər. Təqsirləndirilən şəxslər ötən il dekabrın 13-nə qədər həmin ərazilərdə terror- təxribat törədiblər.

Onlara Cinayət Məcəlləsinin 214-cü (terrorçuluq), 228-ci (qanunsuz olaraq silah və partlayıcı maddələr əldə etmə, saxlama) 279-cu (qanunsuz silahlı birləşməkdə qruplar yaratma, onların təkibində döyüşməkdə), 318-ci (dövlət sərhədini qanunsuz keçmə) maddələri üzrə ittiham verildi.

Hakim Əfqan Hacıyev bildirdi ki, ittiham məhkəmə istintaqında öz təsdiqini taparsa, təqsirləndirilən şəxslər 14 ildən 20 ilə qədər və yaxud ömürlük azadlıqdan məhrum edilə bilərlər.

Prosesdə fasilədən sonra təqsirləndirilən şəxslərə sərbəst ifadə vermək təklif olundu. Təqsirləndirilən şəxslər prosesdə ifadə verdi.

Qeyd edək ki, Növbəti proses iyunun 29-na təyin olunub.

Yorumlar 0

Yorum yazmak için giriş yapın

Henüz yorum yok. İlk yorumu siz yazın.