Təcili! Rusiya sərhədə qoşun yığdı
357 izlenme
Son haberler
Rusiyanın Rostov vilayətində Ukrayna sərhədləri istiqamətində irəliləyən daha bir neçə yüz tank, o cümlədən digər çoxsaylı hərbi texnikanı daşıyan dəmiryol eşalonları görünüb.
Şahidlərin çəkdikləri və sosial şəbəkələrdə yerləşdirdikləri kadrlara əsasən bunlar T-72B2 və T-72B3 əsas döyüş tanklarıdır. Habelə dəmiryol platforması boyu düzülmüş “Uraqan” və “Qrad” reaktiv yaylım atəşi sistemləri, radioelektron mübarizə vasitələri və bir çox yardımçı texnika gözə dəyir.
Bundan əvvəl Rusiyanın Ukraynanın Xarkov vilayəti istiqamətində olduqca böyük sayda, bəzi məlumatlara görə hətta minlərlə T-80 döyüş tanklarını cəmləşdirdiyi məlum olmuşdu. Bu tanklar Rusiya ordusunun silahlanmasından əsasən çıxarılıb, amma Donbass separatçılarının arsenalında yer alır. Rusiya əsasən özünün nisbətən köhnəlmiş hərbi texnikasını bu cür münaqişə zonalarında “utlizasiya” edir.
Xatırladaq ki, Rusiyanın Ukrayna sərhədləri boyu iri qoşun qruplaşmaları cəmləşdirməsi haqda xəbərlər artıq bir aya yaxındır yayılır. Bu günlərdə ABŞ rəsmən Avropa İttifaqını Rusiyanın Ukraynaya hücuma hazırlaşdığı haqda məlumatlandırıb. Habelə Pentaqon Ukrayna tərəfini xəbərdar edib ki, Moskva ona qarşı qış hücumuna başlaya bilər. Hesab edilir ki, Rusiya ordusu qış müharibəsi üçün daha hazırlıqlıdır və bu amil Ukrayna ordusunu sürətlə sıxışdırmağa kömək edəcək.

Yorumlar 0
Yorum yazmak için giriş yapın
Henüz yorum yok. İlk yorumu siz yazın.