TR
Video yükle

Təcili! Bu ərazilər azad edildi

1 687 izlenme Son haberler
Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətinin İzyum şəhəri ətrafındakı bir sıra yaşayış məntəqələrini işğaldan azad edib.

"Report" UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin sözçüsü Aleksandr Motuzyanik aprelin 18-də keçirdiyi brifinqdə məlumat verib.

"Bəli, təsdiq edə bilərəm. Ukrayna hərbçilərinin intensiv döyüşləri nəticəsində bir sıra yaşayış məntəqələri azad edilib. Əlavə məlumat verə bilmərəm", - o deyib.

A.Motuzyanik bildirib ki, məhz Slobojanski istiqamətində İzyum şəhəri və onun ətrafı rus bölmələrinin ən çox cəmləşdiyi yerlərdir: "Məhz oradan onlar şərqə doğru hücumu intensivləşdirməyə çalışacaqlar".

Yorumlar 0

Yorum yazmak için giriş yapın

Henüz yorum yok. İlk yorumu siz yazın.