TR
Video yükle

Sumqayıtda koronavirus xəstəsi həbs olundu

2 174 izlenme Son haberler
Sumqayıt şəhərində yaşadığı evi qanunsuz olaraq tərk edən aktiv koronavirus xəstəsi aşkarlanıb.

DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Sumqayıt şəhər Polis İdarəsi və Qubadlı rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbiri zamanı məlum olub ki, aktiv koronavirus xəstəsi şəhərin Kottec qəsəbəsində yaşayan 1963-cü il təvəllüdlü İbrahim Ramazan oğlu Kərimovdur. Dərhal əraziyə təcili tibbi yardım avtomobili çağırılıb.

İbrahim Kərimov polisin nəzarətinə götürülməklə barəsində cinayət işi açılıb. İstintaq tədbirləri davam etdirilir.

Yorumlar 0

Yorum yazmak için giriş yapın

Henüz yorum yok. İlk yorumu siz yazın.