TR
Video yükle

Sülhməramlılar sülhə niya mane olur?

9 izlenme Son haberler
Rusiya Müdafiə Nazirliyi sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinin adını israrla təhrif etməkdədir. Nazirlik öz hesabatlarında Ağdərə və Xocavəndi “Mardakert” və “Martuni” kimi qeyd edir, üstəlik Qarabağ iqtisadi rayonunu “Dağlıq Qarabağ ərazisi” adlandırır.

Azərbaycan Müdafiə Nazirliyi isə cavabında bildirib ki, Qarabağ iqtisadi rayonunun "Dağlıq-Qarabağ ərazisi" kimi qeyd edilməsi yolverilməzdir.

Sitat: “Yaşayış məntəqələrimizin adlarının rəsmi sənədlərdə qeyd olunan düzgün toponimlərlə ifadə edilməsi zəruridir. Rusiya Federasiyasının Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində dərc olunan Rusiya Federasiyasının sülhməramlı kontingentinin rəsmi məlumatında “Mardakert” və "Martuni" kimi adlandırılan Azərbaycan yaşayış məntəqələrinin rəsmi adları uyğun olaraq AĞDƏRƏ və XOCAVƏNDDİR”. Sitatın sonu

Nazirlik onu da bildirib ki, Azərbaycan toponimlərinə uyğun siyahı və xəritələr həm Rusiya Müdafiə Nazirliyinə, sülhməramlı kontingentin komandanlığına, həm də Birgə Monitorinq Mərkəzinə rəsmi qaydada göndərilib. Rusiya tərəfi isə regiondakı yaşayış məntəqələrinin adlarını 1991-ci ilin xəritələrinə uyğun adlandırdığını iddia edib.

Bəs Rusiya Müdafiə Nazirliyinin məqsədi nədir? Onlar bu yolla Xankəndidəki separatçı rejimə dəstəklərinimi göstərirlər? Ümumiyyətlə, bu cür təxribatlarla Kreml nəyə nail olmaq istəyir?

Siyasi şərhçi Şəbnəm Həsənova bildirib ki, Azərbaycan cəmiyyəti sülhməramlı kontingentin fəaliyyətindən birmənalı şəkildə narazıdır. O əlavə edib ki, son vaxtlar işğaldan azad edilən ərazilərə Ermənistan istehsalı olan yeni minaların basırıldığı məlum olub. Bu da onu göstərir ki, sülhməramlılar əraziləri yenidən minalarla dolduran terrorçuları görməzdən gəlirlər.

Siyasi şərhçinin sözlərinə görə, tərəflər unutmamalıdır ki, sülhməramlıların bölgədə qalma müddəti 5 ildir.
Qeyd edək ki, 2020-ci noyabr ayında imzalanmış üçtərəfli bəyanatın 4-cü bəndinə əsasən sülhməramlı kontingentin bölgəyə yerləşdirilməsi ilə parallel şəkildə ərazidəki qanunsuz erməni birləşmələri çıxarılmalı idi. Bu bənd isə icrasız qalıb.
“Rusiyanın Qarabağ məsələsində mövqeyi ikili olub”.

Bunu isə kanalımıza açıqlamasında hərbi-ekspert Ramil Məmmədli deyib. O əlavə edib ki, bölgədəki adların separatçıların təqdim etdiyi kimi qeyd edilməsi açıq-aşkar təxribatdır.

Ramil Məmmədli onu da qeyd edib ki, Rusiyanın belə addımları bölgədə sülhyaratma missiyasına kölgə yaradır və buna görə Azərbaycan xalqı Moskvanın vasitəçilik missiyasına dırnaqarası baxır. Sonda ekspert qeyd edib ki, Rusiyanın bu cür addımları davamlı hal alıb və bunun da nəticəsi olaraq narazılıq pik həddə çatıb.

APA TV

Yorumlar 0

Yorum yazmak için giriş yapın

Henüz yorum yok. İlk yorumu siz yazın.