TR
Video yükle

SOCAR-ın işçiləri evdən işləyəcək - Koronavirusa görə

142 izlenme Son haberler
Koronavirus infeksiyası ilə əlaqədar SOCAR-ın inzibati binasında da dezinfeksiya işləri aparılıb. Virus yayılmış ölkələrdən qayıdan əməkdaşlar 2 gün ərzində işə çıxmayacaqlar. Şirkətin inzibati binasında çalışan əməkdaşlar isə koronavirusa görə evdə işləyəcəklər.

SOCAR-ın əməkdaşları koronavirusa görə evdə işləyəcəklər.

Bunu şirkətin ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib. O bildirib ki, qurum mərkəzlərdə aparılan təlimləri martın 10-na kimi dayandırıb. İnzibati binalarda işləyən əməkdaşlar isə kompüter və lazımi avadanlıqlarını apararaq evdə işləyəcəklər ki, insanların kütləvi toplaşması minimuma endirilsin və yoluxma riski də aşağı salınsın. İclaslar da internet proqramları vasitəsilə təşkil ediləcək.

İbrahim Əhmədov qeyd edib ki, hazırda SOCAR-ın binasında dezinfeksiya işləri aparılır. Virus yayılmış ölkələrdən qayıdan əməkdaşlar da 2 gün ərzində işə çıxmayacaqlar.

Əgər əməkdaşların ezam olunması zərurəti yanarsa, bu məsələ SOCAR-ın prezidenti ilə razılaşdırılmalıdır.

Yorumlar 0

Yorum yazmak için giriş yapın

Henüz yorum yok. İlk yorumu siz yazın.