TR
Video yükle

Şəkidə yenə ayı göründü

345 izlenme Son haberler
Şəkinin kəndində peyda olan ayı yerli sakinlərin qorxuya düşməsinə səbəb olub. "Report"un Şimal-qərb bürosunun məlumatına görə, yırtıcı axşam saatlarında rayonun Baş Layısqı kəndində görünüb. Kənd sakinlərindən biri, avtomobillə hərəkətdə olarkən təqribən 3-4 yaşlı qonur ayını müşahidə edib. Sürücü hərəkətdə olan avtomobilin qarşısı ilə kənd istiqamətində qaçan ayının videogörüntülərini mobil telefonunun yaddaşına köçürüb. Onun sözlərinə görə, ayı təqribən 150-200 metr qaçdıqdan sonra gözdən itib. Sakinlər bildiriblər ki, son günlər bu ərazidə bir neçə ayı görünüb. Qeyd edək ki, mayın 31-də saat 4 radələrində Şəki şəhərinin mərkəzində qonur ayının hərəkət etdiyi müşahidə olunub.

Yorumlar 0

Yorum yazmak için giriş yapın

Henüz yorum yok. İlk yorumu siz yazın.