TR
Video yükle

Səhvini sonradan anlayan Solovyov

11 izlenme Son haberler
Rusiyanın ermənipərəst teleaparıcısı, Kremlin təbliğat maşınının əsas fiqurlarından olan Vladimir Solovyov separatçı David Babayanla müsahibəyə görə Azərbaycan tərəfindən üzr istəyib.

O bununla qlobal siyasətdə mühüm rol oynayan Rusiya-Azərbaycan münasibətlərinə xələl gətirdiyini boynuna alıb. Eyni zamanda deyib ki, gərək jurnalist obyektviliyini pozmayıb, tərəflər arasında balans saxlamalı, yəni qondarma rejimin saxta nazirinin qarşısına Azərbaycandan rəsmi şəxs çıxarmalı idi.

Beləliklə Solovyovun üzürü qəbahətindən daha böyük olub. Yəni problem ermənipərəst juranlistin efirindəki disbalansda deyil, separatçı rejiminin nümayəndəsinin yayıma dəvət edilməsində, V.Solovyovun separatçını hansısa bir dövlətin rəsmi nümayəndəsi, tərəf kimi qələmə verməsindədir.

Təbii ki, bu onun Azərbaycana ilk düşmənçiliyi deyil. Solovyovun erməni lobbisinin, ermənipərəstlərin əlaltısı olduğu, istər İkinci Qarabağ müharibəsi dövründə, istərsə də ondan əvvəl və sonra ardıcıl olaraq Azərbaycana qarşı işlətdiyi ifadələr hər kəsə məlumdur.

Hətta onun üzü artıq Qərbə də bəllidir, bu cılız təbliğat füqurunun barəsində çox sayda sanksiyalar tətbiq edilib. Avropa İttifaqı adını “qara siyahı”ya salıb.

Görünür, Azərbaycanda da artıq Solovyov və təxribatçı verilişi barəsində ciddi fikirlşməyin vaxtı keçir. Məsələn, “RİA Novosti” etdiyi səhvin cəzasını alıb. Fikrimizcə, Solovyov da belə bir dərsə layiqdir.

REAL

Yorumlar 0

Yorum yazmak için giriş yapın

Henüz yorum yok. İlk yorumu siz yazın.