TR
Video yükle

“Şəhidlər Xiyabanı”ndakı əbədi məşəl niyə sönür?

59 izlenme Son haberler
Azərbaycan vətəndaşları üçün ən müəqəddəs məkanlardan sayılan “Şəhidlər Xiyabanındakı” əbədi məşəl sönüb. Bu barədə jurnalist Əzizə İsmayılova sosial şəbəkədə məlumat verib. Jurnalist məşəlin nə səbələ sönməsi barədə polislərdən məlumat almaq istəyib. Polis isə bildirib ki, xiyabana verilən qazın təzyiqi az olduğundan məşəl sönüb. Sosial şəbəkədəki izləyicilərin bir çoxu bu halı qınayıblar. İzləyicilərdən biri isə əbədi məşəlin sönməsinin dəfələrlə şahidi olduğunu, hətta sönmüş məşəli bir-iki dəfə özünün yandırdığını qeyd edib.

Bu xiyabandakı “Əbədi məşəl”in əslində odlu-alovlu bir tarixi yada salmaq üçün yandırıldığını unudanların yadına salmaq üçün kiçik bir haşiyə:



1939-cu ilə qədər Şəhidlər Xiyabanı Çəmbərəkənd qəbiristanlığı olub. Qəbiristanlıqda bir sıra şəxslər, o cümlədən Azərbaycan tarixində görkəmli olan şəxslərdən Əlirza Rasizadə, Səməd bəy Mehmandarov, Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Həsən bəy Zərdabi, Nəcəf bəy Vəzirov, Hüseyn Ərəblinski, Ağa Musa Nağıyev, Süleyman Sani Axundov, Cabbar Qaryağdıoğlu, Rüstəm Mustafayev və digərləri dəfn edilmişdi.



1934-cü ildə Sergey Kirov öldürüldükdən sonra onun xatirəsini əbədiləşdirmək üçün qəbiristanlıq yerlə-yeksan edilib və Çəmbərəkənd qəbiristanlığının yerində istirahət parkı salınıb. Sovet hakimiyyəti Kirov parkı salınanda daş çatışmazlığı ilə üzləşdiklərindən baş daşlarından da istifadə etməli olublar.



1990-cı il 20 Yanvar hadisələrindən sonra Azərbaycan şəhidlərinin burda dəfn edilməsi ilə Şəhidlər Xiyabanı yenidən müqəddəs məkana çevrilir.

Prezident Heydər Əliyevin sərəncamı ilə 1998-ci ildə Bakı şəhərindəki Şəhidlər Xiyabanında “Əbədi məşəl” abidə kompleksi yaradılıb.



Şərəfli, eyni zamanda soydaşlarımızın qanı ilə yazılmış bir tarixi əks etdirən bu memoriala xidmət göstərilməsi o qədər də çətin problem deyil. Amma əfsuslar ki, laqeydliyimizlə şəhidlərimizin ruhunu incidirik.

Yorumlar 0

Yorum yazmak için giriş yapın

Henüz yorum yok. İlk yorumu siz yazın.