TR
Video yükle

Şəhid generalımız və polkovnikimiz dəfn olundu

8 izlenme Son haberler
Rastlaşdığınız hadisələri çəkin və bizə göndərin, biz sizin adınızdan paylaşaq (+99499) 399 00 36
Kanala dəstək olmaq üçün və xəbərlərdən məlumatlı olmaq üçün videolarımızı bəyənməyi, kanala abunə olmağı unutmayın!

Ötən gün Azərbaycan Ordusunun şəhid olan general-mayoru Polad Həşimov və polkovnik İlqar Mirzəyev torpağa tapşırılıb.

Onların cənazəsi İkinci Fəxri xiyabanda dəfn olunub. Dəfn zamanı Xiyabanda dövlət himni səsləndirilib.

Qeyd edək ki, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan - Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək, hücuma keçməyə cəhd göstərib.

Dünən isə döyüş zamanı müdafiənin ön xəttində olan general-mayor Həşimov Polad İsrayıl oğlu, polkovnik Mirzəyev İlqar Anzor oğlu, mayor Əhmədov Namiq Hajan oğlu, mayor Novruzov Anar Gülverdi oğlu, gizir Zeynallı İlqar Ayaz oğlu, gizir Babayev Yaşar Vasif oğlu və müddətdən artıq həqiqi xidmət hərbi qulluqçusu, əsgər Mustafazadə Elçin Arif oğlu şəhid olub.

Allah rəhmət eləsin!

Röya İsrafilova Qəbələ Tv

Yorumlar 0

Yorum yazmak için giriş yapın

Henüz yorum yok. İlk yorumu siz yazın.