TR
Video yükle

Seçici siyahıları dəqiqləşdi

4 izlenme Son haberler
Azərbaycanda seçicilərin sayı açıqlanıb.

"Sistemdə ad, soyad və ata adı eyni olan 19 nəfər seçici var".



REAL xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyası (MSK) Katibliyinin müdiri Rövzət Qasımov deyib.



“Yoxlamalar zamanı həmin şəxslərin ayrı-ayrı insanlar olduğu məlum olub və bundan sonra yenidən sistemdə saxlanılıb", - deyə o əlavə edib.



"Azərbaycanın ən yaşlı seçicisinin 125 yaşı var. Bu, Bərdə rayon sakini, 1894-cü il təvəllüdlü Allahverdiyeva Səmərqə Gülməmməd qızıdır. O, 94 saylı Bərdə kənd Seçki Dairəsinin 3 saylı məntəqəsində səs verəcək”.



Bunu Mərkəzi Seçki Komissiyasının sədri (MSK) Məzahir Pənahov deyib.



M. Pənahov qeyd edib ki, ən yaşlı kişi seçicinin 107 yaşı var: "Ən yaşlı kişi seçici 120 saylı Laçın seçki dairəsindən 107 yaşlı Şahverdi Əhmədovdur".

Yorumlar 0

Yorum yazmak için giriş yapın

Henüz yorum yok. İlk yorumu siz yazın.