TR
Video yükle

Saxta sənədlə işləyən azərbaycanlı polis saxlanılıb

5 izlenme Son haberler
Moskvada Azərbaycan vətəndaşı saxlanılıb.

Rusiya KİV-ə istinadla bildirilir ki, o, saxta Rusiya pasportu alaraq, bir neçə il polis işləməkdə şübhəli bilinir.

Məlumata görə, 35 yaşlı kişi Gəncə şəhərindən Moskvaya köçüb. 2007-ci ildə o, Rusiya pasportu alıb və Solntsevo ərazisində yaşamaq üçün müraciət edib. Bundan əlavə, 2014-cü ildə kişi Vnukovo hava limanında yerləşən polis bölməsində işə düzəlib. Ona baş serjant rütbəsi verilib və 2022-ci ilin oktyabrında əməliyyatçı vəzifəsini tutub.

Həmin şəxsə qarşı “Sənəd saxtakarlığı” maddəsi ilə cinayət işi açılıb. Yaxın vaxtlarda məhkəmə onun barəsində həbs-qətimkan tədbiri seçəcək.

Hazırda azərbaycanlının işlədiyi polis idarəsində yoxlama aparılır.

Yorumlar 0

Yorum yazmak için giriş yapın

Henüz yorum yok. İlk yorumu siz yazın.