TR
Video yükle

Sarımsağa tələbat artıb

335 izlenme Son haberler
Ötən il qiyməti ucuz olduğuna görə sahələrdə qalan sarımsaq bu il təsərrüfat sahiblərinin üzünü güldürür. Xezerxeber.az-ın məlumatına görə, yerində məhsulu istədikləri qiymətə satan təsərrüfat sahibləri qiymətin daha da qalxacağını gözləyirlər. Çünki bu il ötənilki uğursuzluğa görə sarımsaq əkən az olub.

Rayon bazarlarında sarımsağın bir kiloqramı 5 manata satılır. Tək bir ədədinin qiyməti isə 50 qəpik - 1 manat arasında dəyişir. Meyvə-tərəvəz satıcıları da sarımsağa olan tələbatın səviyyəsindən razıdırlar.

Hazırda təsərrüfat sahiblərinin həyətlərində xeyli miqdarda sarımsaq qalıb ki, onları da baha satmaq üçün xüsusi qablaşdıraraq gözləyirlər.

Yorumlar 0

Yorum yazmak için giriş yapın

Henüz yorum yok. İlk yorumu siz yazın.