Sabahdan hava dəyişir – PROQNOZ
1 250 izlenme
Son haberler
Mayın 31-nə gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən APA-ya bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 17-22° isti, gündüz 26-31° isti, Bakıda gecə 19-21° isti, gündüz 28-30° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 45-50 % olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, arabir yağıntılı olacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-21° isti, gündüz 28-33° isti, dağlarda gecə 2-7° isti, gündüz 12-17° isti olacaq.
Yorumlar 0
Yorum yazmak için giriş yapın
Henüz yorum yok. İlk yorumu siz yazın.