TR
Video yükle

Robert Köçəryan yenidən həbs edildi

6 izlenme Son haberler
Ermənistanda apellyasiya məhkəməsi keçmiş prezident Robert Köçəryanın yenidən həbs edilməsi barədə qərar verib.

Virtualaz.org Rusiya mətbuatına istinadən xəbər verir ki, bununla da apellyasiya məhkəməsi eks-prezidentin həbsdən azad edilməsi haqqında özünün çıxardığı qərarı ləğv edib.



Qeyd edək ki, ötən ay Yerevan məhkəməsi dörd günlük dinləmələrdən sonra Robert Köçəryan barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi qərarını qəbul etmişdi.



Mayın 16-da qondarma “Dağlıq Qarabağ Respublikası”nın indiki və keçmiş “prezidentləri” Bako Saakyan və Arkadi Qukasyan Yerevan məhkəməsində Köçəryanın sərbəst buraxılmasını xahiş etmişdilər.

Yorumlar 0

Yorum yazmak için giriş yapın

Henüz yorum yok. İlk yorumu siz yazın.