TR
Video yükle

Qız uşağı itdi

5 izlenme Son haberler
Xəbər verildiyi kimi, Tovuzda orta məktəb şagirdi, 13 yaşlı A.Süleymanova ötən gün axşam saat 18:00 radələrində oxuduğu Bozalqanlı kənd tam orta məktəbindən çıxıb və evə qayıtmayıb.



Oxu24.com Bizim.Media-ya istinadən xəbər verir ki, Tovuz rayonu Yusif Sadıqov adına Bozalqanlı kənd tam orta ümumtəhsil məktəbindən bildirilib ki, dəfələrlə məktəb psixoloqu şagirdlə iş aparıb:



“İtkin düşən qız 7 A sinfinin şagirdidir. Dünən sonuncu dərsdən sonra gedib. Davamiyyəti hər zaman yaxşı olub, amma oxumağı zəif idi. Bir qədər sözə qulaq asan deyil. Məktəb psixoloqu məşğul olurdu onunla. Yeniyetmənin valideynləri boşanandan sonra davranışlarında problem hiss olunurdu. Məktəbli ata babası, nənəsi və əmisi ilə qalırdı. İnşallah sağ-salamat tapılar”.

Yorumlar 0

Yorum yazmak için giriş yapın

Henüz yorum yok. İlk yorumu siz yazın.