TR
Video yükle

Qərbin ikili standartları

8 izlenme Son haberler
Azərbaycan torpaqlarını 30 ilə yaxın işğalda saxlayan Ermənistanın həmin əraziləri dağıdaraq xarabalığa çevrməsi heç kəsə sirr deyil. Ən dəhşətli mənzərə Cəbrayılda, Füzulidə və Ağdamda törədilib.

Bu baxımdan Ağdamın “Qafqazın xerosiması” adlandırılması təsadüfi deyil. Ümumilikdə azad olunan ərazilərdə yaşayış məntəqələri, dini abidələr talanıb, məscidlər tövləyə çevrilib, qəbiristanlıqlar darmadağın edilib.

Təbii ki, bunun bir adı var. Ermənistanın türk xalqına, İslam dininə nifrət hissi... İslamafobiya, azərbaycanofobiya meyilləri Ermənistanda pik həddədir.

Pənahəli xanın məqbərəsini dağıdan, Bülbülün ev muzeyini yararsız vəziyyətə salan ermənilər azərbaycanlı alim Məmmədəli Hüseynovun 1960-cı ildə Füzulidə aşkarladığı Azıx mağarasında - azərbaycanın tarixi irsində qanunsuz işlər aparmışdılar.

Bütün bun lar ermənilərin Azərbaycan topraqlarında törətdiyi saysız-hesabsız vandallığın izləridir. Azərbaycan məruz qaldığı haqsızlıqlarla bağlı Vətən müharibəsindən sonra Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etdi. Təqdim olunan sənəddə 30 il Ermənistanın Qarabağda törətdiyi vandal hərəkətlər, insanlığa sığsmayan cinayətlər, 44 günlük Vətən Müharibəsində isə ətraf şəhərlərə vurduğu ziyanla bağlı faktlar öz əksini tapıb. İrqi-ayrıseçkilik, yəni insan haqlarının pozulması, həmçinin 10 noyabr bəyanatından sonra Ağdam, Kəlbəcər və Laçını tərk edən ermənilərin dayanmadan meşələri, evləri yandırması ilə bağlı Azərbaycan beynəlxalq məhkəməyə müraciət edib. Amma bunlara dünya dövlətləri göz yumdu. Hətta “Euronews” kanalı “Qafqazın Xirosiması” adlı 9 dildə yayımlanan reportajda Ağdamın ermənilər tərəfindən dağıdıldığını, orda erməni hərbi birləşmələrinin törətdikləri vəhşilikləri, insanlığa sığmayan cinayətləri Xirosima faciəsi ilə müqayisə etsə belə, yenə də səsləri çıxmadı. Axırda Azərbaycan prezidenti işğaldana azad olunan ərazilrə növbəti səfərində beynəlxalq təşkilatları ikili standartlara son qoymağa çağırdı.

Qərbin Azərbaycana qarşı ikili standartları heç vaxt bitmədi. Münaqişə gedən ölkələrə milyardlarla vəsait ayıran Qərb Ermənistan-Azərbaycan müharibəsi başa çatandan sonra 30 il işğala məruz qalan, böyük bir əraziləri talanan Azərbaycana cəmi 140 milyon avro ayırmaqla kifayətləndi. Amma Azərbaycandan 3 dəfə kiçik olan, ovuc boyda işğalçı Ermənistana 1,6 milyard, avro ayırdı. Bu, qərbin ayrseçkiliyi deyil, bəs nədir? Bu gün heç kimin köməyi olmadan beynəlxalq məhkəmələrdə öz hüququnu müdafiə edən Azərbaycan, öz vəsaiti hesabına da işğaldan azad etdiyi ərazilərdə quruculuq işləri aparır. Bəs onda beynəlxalq təçkilatlar Azərbaycanın hansı dərdinə dərmandır?

Yorumlar 0

Yorum yazmak için giriş yapın

Henüz yorum yok. İlk yorumu siz yazın.