TR
Video yükle

Qərargahdan hava ilə bağlı son məlumat!

500 izlenme Son haberler
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılmış Qərargah hava şəraiti ilə bağlı növbəti məlumat yayıb.

"Ölkə.Az" xəbər verir ki, hazırda əsasən bu prosesin ən kəskin dövrü müşahidə olunmaqdadır.



Belə ki, 17 yanvar saat 17:00-a olan məlumata əsasən Bakıda və Abşeron yarımadasının bəzi yerlərində şimal-qərb küləyinin maksimal sürəti Pirallahıda 30 m/s, Bakı, Sumqayıt, Maştağa, Biləcəridə 40 m/s-dək şiddətlənib.



Dalğanın maksimal hündürlüyü açıq dənizdə 7,9 metr təşkil edir.

Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur, dağlıq və dağətəyi rayonlarda qar yağır.



Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 2 dərəcə isti təşkil edir.

Yorumlar 0

Yorum yazmak için giriş yapın

Henüz yorum yok. İlk yorumu siz yazın.