Qarabağ qaziləri Tovuzda
4 086 izlenme
Son haberler
YPX.az-ın Tovuz rayonunda olan əməkdaşı bu gün Zəngilan rayonundan olan Qarabağ qaziləri və veteranlarından müsahibə götürüb. Onlar son günlər baş verən hadisələrlə bağlı öz dəstəklərini, döyüşə yollanmağa hazır olduqlarını bildirmək üçün Tovuz rayonuna yollanıblar. Ayrı-ayrılıqda hər biri şəhidlərimizə rəhmət, onların ailələrinə səbr dilədikdən sonra səfərbərlik əmri gözlədiklərini, səfərbərlik elan olunarsa bir an belə dayanmadan döyüşə hazır olduqlarını bildiriblər. Hal-hazırda orduda xidmət aparan, döyüşən əsgərlərimizə isə onları dəstəklədiklərini, sözsüz ki, sonda qələbənin Azərbaycan ordusunun olacağını bildiriblər. Biz də saytımız adından həmin Qarabağ qazilərinə və veteranlarına sonsuz təşəkkürümüzü, bir azərbaycanlı olaraq onlarla fəxr etdiyimizi bildiririk.
Yorumlar 0
Yorum yazmak için giriş yapın
Henüz yorum yok. İlk yorumu siz yazın.