Qanunsuz qumarxana aşkarlandı
12 izlenme
Son haberler
Ağstafa rayon Polis Şöbəsinə rayon ərazisində yerləşən “Bəzz Qalası” adlı restornda qanunsuz qumar oyunlarının təşkil edilməsi barədə əməliyyat məlumatı daxil olub.
Daxili İşlər Nazirliyinin Gəncə regional qrupundan verilən məlumata görə, keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən obyektdə qumar oyunları təşkil edən Samir Hüseynoğlu və qumar oynayanlar-Emin Tağıyev,Samir Babayev,Bəxtiyar Quliyev saxlanılıblar.
Obyektə baxış keçirilən zaman qumar oyunlarına qoyulan pul vəsaiti, “poker” oyun kartları, eləcə də iş üçün maraq kəsb edən digər maddi sübutlar aşkar edilərək götürülüb.
Bundan başqa Şöbə əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində gecə saatlarında gizli şəkildə fəaliyyət göstərən kafe aşkarlayıb. Obyekti icarə əsasında işlədən – Xanbaba Dünyamov və müştərilər saxlanılaraq RPŞ-yə gətirilib və barələrində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Yorumlar 0
Yorum yazmak için giriş yapın
Henüz yorum yok. İlk yorumu siz yazın.