TR
Video yükle
Putinin sevimli generallarından biri də vəfat etdi

Bu video şu anda oynatılamıyor.

Putinin sevimli generallarından biri də vəfat etdi

175 izlenme Son haberler
Moskvada uzun sürən xəstəlikdən sonra Rusiya Qəhrəmanı, general-polkovnik Gennadi Jidko dünyasını dəyişib

News24.az xəbər verir ki, bu barədə Xabarovsk diyarının qubernatoru Mixail Deqtyarev Telegram kanalında bildirib.

Qeyd edək ki, Gennadi Jidko 1965-ci il sentyabrın 12-də Özbəkistanın Yeniabad şəhərində anadan olub.

Daşkənd Ali Tank Komandanlığı Məktəbini bitirib.

2016-cı ildə Rusiya Silahlı Qüvvələrinin Suriyadakı Baş Qərargah rəisi, 2018-ci ildə isə Şərq Hərbi Dairəsinin komandanı vəzifələrində çalışıb. 2021-ci ildə Jidko müdafiə nazirinin müavini təyin edilib.

2017-ci ildə Rusiya Federasiyasının Qəhrəmanı adına layiq görülən Jidko Putinin sevimli generallarından hesab edilirdi.

2022-ci ilin iyulunda onu Viktor Qoremikin əvəz edib. 6 iyul - 5 oktyabr 2022-ci il tarixlərində Gennadi Jidko yenidən Hava Hücumundan Müdafiə Qüvvələrinin qoşunlarına rəhbərlik edib.

Bəzi KİV-lər onun 2022-ci ilin mayında Ukraynadakı Rusiya Silahlı Qüvvələrinə rəhbərlik etdiyini yazıblar.

2022-ci ildən isə yenidən Şərq Hərbi Dairəsinin qoşunlarının komandanı olub.

Yorumlar 0

Yorum yazmak için giriş yapın

Henüz yorum yok. İlk yorumu siz yazın.