Bu video şu anda oynatılamıyor.
Prezidentdən yeni təyinat
424 izlenme
Son haberler
Azərbaycan Prezidenti İlham Əliyev Bəhruz Quliyevi Dövlət Gömrük Komitəsi sədrinin müavini təyin edib.
Bakupost.az xəbər verir ki, Bəhruz Quliyev 2018-ci ilə qədər Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi vəzifəsində çalışıb.
Bəhruz Quliyev 30 sentyabr 1981-ci ildə Tovuz rayonunda anadan olub. 2003-cü ildə Milli Aviasiya Akademiyasının Avianəqliyyat İstehsalatı fakultəsinin əyani şöbəsinə daxil olub, 2008-ci ildə həmin bu ixtisası üzrə bitirib. 2011-ci ildə Baki Dövlət Universitetinin Hüquq fakultəsinə daxil olmuş, 2015-ci ildə Hüquqşünas ixtisasını bitirib, Milli Aviasiya Akademiyasının Doktorantıdır.
2009-cu ildən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 2-ci sərnişin şöbəsinin inspektoru, 2011-ci ildən həmin şöbənin baş inspektoru, 2013-cü ildən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəis müavini, 2015-ci ildən rəisin birinci müavini, 2018-ci ildə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi vəzifələrində işləyib.O, 7 yanvar 2022-ci ildə Dövlət Gömrük Komitəsinin sabiq rəisi Səfər Mehdiyevin əmri ilə tutduğu vəzifədən uzaqlaşdırılaraq, Gömrük Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsinin Rəisi vəzifəsinə təyin olunub.
2018-ci ildə "Dövlət Qulluğunda fərqlənməyə görə” medalı, 2021-ci ildə "Hərbi Əməkdaşlıq Sahəsində Xidmətlərə görə" medalları ilə təltif olunub.
Ailəlidir, 4 övladı var.

Yorumlar 0
Yorum yazmak için giriş yapın
Henüz yorum yok. İlk yorumu siz yazın.