Prezident sərəncam imzaladı
515 izlenme
Son haberler
Prezident İlham Əliyev Azərbaycan Respublikasının İctimai Televiziya və Radio Yayımları Şirkətinə maliyyə dəstəyi göstərilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, 2024-cü ildə Almaniyada keçiriləcək futbol üzrə Avropa çempionatının yayım hüququnu Azərbaycan Respublikası İctimai Televiziya və Radio Yayımları Şirkətinin əldə etməsi üçün Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının İctimai Televiziya və Radio Yayımları Şirkətinə 940 500,0 avronun manat ekvivalentində vəsait ayrılıb. Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.
Yorumlar 0
Yorum yazmak için giriş yapın
Henüz yorum yok. İlk yorumu siz yazın.