TR
Video yükle

Poroşenkonu mitinqdən qovdular

48 izlenme Son haberler
Ukraynanın Zakarpatye əyalətinin Svalyava şəhərində sakinlər ölkənin eks-prezidenti Pyotr Poroşenkonun yolunu kəsərək, onu “Qanba” (Ukrayna dilində “rüsvayçılıq” deməkdir) şüarları ilə mitinq təşkil olunan ərazidən qovublar.



Bu barədə strana.ua nəşri xəbər yayıb.



Məlumata görə, şəhərdə seçki öncəsi təşviqat kampaniyası çərçivəsində mitinq keçirilib. Sakinlər Poroşenkonun mitinq ərazisində peyda olduğunu görən kimi müxtəlif şüarlar səsləndirib, onun Ukrayna ordusunu soyduğunu bildiriblər. Kütlənin içindən bir nəfər Poroşenkonun pencəyindən tutmağa müvəffəq olsa da, eks-prezident cangüdənlərinin köməkliyi ilə ərazidən uzaqlaşdırılıb.

Yorumlar 0

Yorum yazmak için giriş yapın

Henüz yorum yok. İlk yorumu siz yazın.