TR
Video yükle
Peyvənd olunmayanlara pis xəbər

Bu video şu anda oynatılamıyor.

Peyvənd olunmayanlara pis xəbər

348 izlenme Son haberler
Sinqapurda “könüllü peyvənd olunmayan” yeni növ koronavirus (Covid-19) xəstələrindən ödənişlər alınacaq.

Hafta.az Guardian-a istinadla xəbər verir ki, ölkədə Covid-19 hadisələrinin sayında artım davam edərkən, hökumət peyvənd edilməməyi seçənlərin Covid-19 səbəbiylə tibbi xərclərini ödəməyəcəyini açıqlayıb.

Hökumət rəsmiləri, peyvənd olunmamışların reanimasiyaya ehtiyacı olanların "böyük əksəriyyətini" təşkil etdiyini və "səhiyyə sistemində ciddi təzyiqlər yaratdığını" söyləyiblər.

Hal-hazırda, xaricdən qayıtdıqdan qısa müddət sonra Covid-19 üçün test edənlər istisna olmaqla, sinqapurluların, habelə daimi sakinlərin və uzunmüddətli viza sahiblərinin bütün tibbi xərcləri dövlət tərəfindən ödənilir.

Bununla belə, hökumət dekabrın 8-dən "könüllü peyvənd olunmamış Covid-19 xəstələrindən ödəniş almağa başlayacağını" bildirib.

Peyvənd üçün uyğun olmayan insanlar üçün tibbi ödənişlər ödənilməyə davam edəcək. Hökumət qismən peyvənd olunmuş insanlara dekabrın 31-nə qədər ikinci dozanı almaq üçün vaxt verməklə hesabı da ödəyəcək.

Yorumlar 0

Yorum yazmak için giriş yapın

Henüz yorum yok. İlk yorumu siz yazın.