TR
Video yükle
Paşinyandan Qarabağla bağlı şok açıqlama

Bu video şu anda oynatılamıyor.

Paşinyandan Qarabağla bağlı şok açıqlama

394 izlenme Son haberler
Dünya ictimaiyyəti, istisnasız olaraq bütün dövlətlər Qarabağı Azərbaycanın bir hissəsi hesab edir.
AZSABAH.COM xarici mediaya istinadən xəbər verir ki bunu Ermənistan Baş naziri Nikol Paşinyan "Vətəndaş Müqaviləsi" partiyasının qurultayında deyib.

O, Qarabağ məsələsinin həlli ilə bağlı bir neçə təklifin olduğunu deyib.

“Birinci təklifdə Qarabağ məsələsinə toxunmadan Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi və hazırkı status-kvonun saxlanılması yer alıb”, - Paşinyan deyib.

O digər yanaşmanın da olduğunu söyləyib.

“Başqa bir yanaşma ondan ibarətdir ki, - Qarabağ məsələsini həll edək. Amma belə olan halda sual yaranır ki, bu tərəflərdən hansı onu Azərbaycanın bir hissəsi hesab edir, hansı hesab etmir. Amma dünya ictimaiyyəti, istisnasız olaraq bütün dövlətlər Qarabağı Azərbaycanın bir hissəsi hesab edir”, - deyə Paşinyan əlavə edib.

Yorumlar 0

Yorum yazmak için giriş yapın

Henüz yorum yok. İlk yorumu siz yazın.