TR
Video yükle

Nəzarət mexanizmi gücləndiriləcək

33 izlenme Son haberler
Vahid Əhmədov: İnvestisiya Holdinqi nəzarət mexanizmini gücləndirəcək Prezident İlham Əliyev Azərbaycan İnvestisiya Holdinqinin yaradılması ilə bağlı fərman imzalayıb. Fərmana əsasən publik hüquqi şəxs olan holdinqin Nizamnaməsi təsdiqlənib. Qurumun fəaliyyət istiqamətlərinə müvafiq sahədə dövlət siyasətinin formalaşdırılmasında iştirak, qabaqcıl beynəlxalq təcrübədən istifadə etməklə dövlət müəssisələrində idarəetmənin təşkili, onların fəaliyyət göstərdiyi xidmətlər bazarına özəl investisiyaların cəlbi, dövlət müəssisələrinin xərclərinin optimallaşdırılması və maliyyə şəffaflığının təmin edilməsi ilə bağlı tədbirlər görmək; bu müəssisələrin beynəlxalq səviyyədə rəqabət qabiliyyətini artırmaq; dövlət müəssislələrinə dövlətin ayırdığı investisiyalardan səmərəli istifadəyə nəzarət etmək; bu müəssisələrin tam və ya qismən özəlləşdirilməyə hazırlanmasında iştirak etmək daxildir. Millət vəkili Vahid Əhmədov hesab edir ki, investisiya holdinqinin yaradılamsı dövlət şirkətlərində yeni idarəetmə sistemi və özəllləşdirmə ilə bağlı Przeident İlham Əliyevin son müşavirədə səsləndirdiyi firiklərin məntiqi davamıdır. holdinqi bir sıra dövlət müəssisələrində nəzarət mexanizmini gücləndirmək, şəffaflığı artırmaq, o cümlədən büdcəyə əlavə vəsaitin daxil olmasına şərait yaratmaq məqsədilə formalaşdırılıb.

Yorumlar 0

Yorum yazmak için giriş yapın

Henüz yorum yok. İlk yorumu siz yazın.