Nərimanov rayonunu su basdı
3 261 izlenme
Son haberler
İzləyicilərimizdən biri YPX.az saytına göndərdiyi videoda bildirir ki, Nərimanov rayonu ərazisində kanalizasiya borusunun partlaması nəticəsində ətrafa çirkab sular axır. Havaların isti keçdiyi bu günlərdə çirkab suyun axması ətrafı üfunət iyinə bürüyüb. Videonu göndərən izləyicinin də obyektinə həmin çirkab suları axıb və ona maddi ziyan dəyib. İzləyici onu da bildirir ki, baş verən qəza ilə bağlı aidiyyatı orqanlara məlumat da verilib, amma hələ də gəlib problemlə maraqlanan, məsələni həll etməyə çalışan səlahiyyətli nümayəndə görünməyib.
Yorumlar 0
Yorum yazmak için giriş yapın
Henüz yorum yok. İlk yorumu siz yazın.