Bu video şu anda oynatılamıyor.
Neftə tələbat təklifləri üstələyəcək
516 izlenme
Son haberler
Proqnozlara görə, artıq üçüncü rübdən neftə tələbat təklifi üstələyəcək.
Energetika Nazirliyindən xezerxeber.az-a bildirilib ki, bu sözləri Energetika naziri Pərviz Şahbazov ADA Universitetində keçirilən 14-cü Bakı Yay Enerji Məktəbində "Azərbaycanın enerji siyasəti və bərpa olunan enerjinin artan rolu” mövzusunda çıxış edərkən deyib.
P.Şahbazov bildirib: "OPEC+” razılaşması imkan verir ki, gündəlik neft istehsalı 2 il ərzində bazardakı vəziyyətə görə tənzimlənsin. Proqnozlara görə, artıq üçüncü rübdən neftə tələbatın təklifi üstələyəcəyi və gündəlik 3,9 milyon barrel defisitin yaranacağı gözlənilir. İlin ikinci yarısından neftə tələbatda gözlənilən artımla əlaqədar bazarın balanslaşdırması məqsədilə avqustun 1-dən ixtisarların 7,7 milyon barreldək yumşaldılması fazasına daxil oluruq. Təklifin birinci rübdəki sutkada 100 milyon barreldən üçüncü rübdə 88,3 milyon barrelədək azalması ilə bağlı nikbin proqnozlar belə deməyə əsas verir ki, "OPEC+”un təklifin tənzimlənməsi siyasəti özünü doğruldur. Bununla belə pandemiya davam edir və dünya iqtisadiyyatı bərpa olunanadək neft bazarını əsasən format çərçivəsindəki fəaliyyətimiz balanslaşdıracaq”.

Yorumlar 0
Yorum yazmak için giriş yapın
Henüz yorum yok. İlk yorumu siz yazın.