TR
Video yükle
Müharibə yenidən başlaya bilərmi?

Bu video şu anda oynatılamıyor.

Müharibə yenidən başlaya bilərmi?

2 051 izlenme Son haberler
“Zəngəzur dəhlizinin açılması və 10 noyabr bəyanatının 4- cü bəndinin icrası ilə bağlı irəliləyiş yoxdur. Proseslərin gedişi onu göstərir ki, müharibə yenidən başlaya bilər”.

Bu sözləri Editor.az-a açıqlamasında politoloq Fərhad Mehdiyev deyib.

O, bildirib ki, müharibəyə hər zaman peşəkar şəkildə hazır olmalıyıq:

” 10 noyabr bəyanatının 4-cü bəndi icra olunmur. Rus sülhməramlıları “sülhməramlı” missiyasını yerinə yetirmir. Erməni birləşmələri Qarabağdan çıxarılmır. Deyə bilərəm ki, Qarabağda bir daha müharibə olacaq. Lakin dəqiq vaxtını deyə bilmirəm. Belə ki, atəşkəs də pozulacaq, itkilərimiz də olacaq, soyuqqanlılıqla növbəti səfəri gözləyəcəyik. Bu məqsədlə orduda yeni islahatlarla bağlı gözləntilər də mövcuddur. Qeyri- peşəkar zabitlər ordu sıralarından çıxarılmalıdır”.

Yorumlar 0

Yorum yazmak için giriş yapın

Henüz yorum yok. İlk yorumu siz yazın.