TR
Video yükle

Müəllimlərin imtahanları bitdi

3 izlenme Son haberler
"Bu ilki müəllimlərin işə qəbulu imtahanlarında 41 288 namizəd iştirak edib. Onlardan 18 881 namizəd (46%) uğur qazanaraq növbəti mərhələyə keçib".



REAL xəbər verir ki, bunu Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva imtahanların yekunlarına həsr olunan mətbuat konfransında deyib.



Onun sözlərinə görə, uğur qazanan namizədlər arasında 3 nəfər maksimal (60 bal) nəticə göstərib.



Nazir müavini qeyd edib ki, bu il imtahanlarda 21 375 namizəd ilk dəfə, 19 913 namizəd isə təkrar olaraq iştirak edib: "Bəzi namizədlər keçən il bir fəndən, bu il isə digər yaxın fəndən imtahan veriblər.



Təkrar iştirak edən namizədlərin əksəriyyəti keçən ilki nəticələrdən daha yüksək nəticə qazanıblar".

Yorumlar 0

Yorum yazmak için giriş yapın

Henüz yorum yok. İlk yorumu siz yazın.