TR
Video yükle
Moskvada Qələbə Paradı - Canlı yayım

Bu video şu anda oynatılamıyor.

Moskvada Qələbə Paradı - Canlı yayım

10 izlenme Son haberler
Bu gün Rusiyanın paytaxtı Moskvada İkinci Dünya Müharibəsində faşizm üzərində Qələbənin 75 illiyinə həsr olunan hərbi parad keçiriləcək. BiG.AZ "Komsomolskaya pravda"ya istinadən paradın canlı yayımını təqdim edir. Məlumata görə, “Ölümsüz alay” marşı isə 1 ay sonra – iyulun 26-da keçirilməsi planlaşdırılır. Azərbaycan Ordusunun qulluqçularından ibarət parad heyəti iyunun 23-də Moskva şəhərinə yola düşüb. General-polkovnik Z.Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti hərbi paradda qonaq qismində iştirak edəcək. Paradda ölkəmiz Azərbaycan Ordusunun 75 hərbi qulluqçusundan ibarət parad heyəti ilə təmsil olunacaq. Qeyd edək ki, Rusiyada koronavirus pandemiyası ilə əlaqədar 9 May Qələbə Günündə kütləvi tədbirlər ertələnmişdi.

Yorumlar 0

Yorum yazmak için giriş yapın

Henüz yorum yok. İlk yorumu siz yazın.