TR
Video yükle

Moskvada baş vermiş atışma zamanı bir nəfər yaralanıb

565 izlenme Son haberler
Rusiya paytaxtının cənubundakı yaşayış komplekslərinin birinin avtomobil dayanacağında iki naməlum şəxs arasında baş vermiş silahlı insident zamanı bir nəfər yaralanıb.

Redaktor.az xəbər verir ki, bu barədə “TASS” hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb. Bildirilir ki, xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib.

Mənbənin verdiyi məlumata görə, insident zamanı tərəflərdən birinin 7,62 mm kalibrli “Saiga” ov silahından istifadə etdiyi ehtimal olunur. Ərazidən 7,62 mm və 9 mm kalibrli patronlara aid gilizlər aşkarlanıb.

Hazırda insidentin baş verdiyi yerdə istintaq qrupu çalışır. Polis insident iştirakçılarının axtarışını aparır.

Yorumlar 0

Yorum yazmak için giriş yapın

Henüz yorum yok. İlk yorumu siz yazın.