TR
Video yükle

Mingəçevirdə qəribə qadağa

68 izlenme Son haberler
"Nə qədər əsəbi olsam da, quşların yanına gələn kimi bütün əsəbim, stressim gedir"

BAKI, 25 oktyabr — Sputnik. Göyərçin saxlamaq qeyri-adi məşğuliyyətlər arasında ən geniş yayılmışıdır desək, yəqin yanılmarıq. Ona görə qeyri-adi deyirik ki, bütün digər heyvanların (az sayda saxlanan ilan, timsah, və s. vəhşi heyvanları nəzərə almasaq) bəslənməsində, haradasa, bir maddi maraq da dayanır. Məsələn, itlər həyət-bacanın gözətçisi, pişiklər gəmiricilərin qənimi, toyuq-cücə, dovşan həm də qida məhsulu kimi saxlanılsa da, göyərçinlər bu cür xüsusiyyətlərdən uzaqdır.
Ona görə də insanların əhəmiyyətli hissəsi heç vaxt göyərçin saxlayanları, göyərçin saxlayanlar da bu gözəllikdən zövq ala bilməyənləri başa düşə bilmirlər. Həmsöhbətimiz olan mingəçevirli quşbaz da həmişə başa düşülməməkdən əziyyət çəkib.
Mingəçevirdə göyərçin saxlayanların ustadı hesab edilən Fəxrəddin Salmanov 40 ilə yaxındır bu hobbi ilə məşğuldur. Son günlər isə digər quşbazlardan fərqli olaraq, o, öz göyərçinlərini şəhərin parklarından birinə köçürərək, orada bəsləməyə başlayıb.

Yorumlar 0

Yorum yazmak için giriş yapın

Henüz yorum yok. İlk yorumu siz yazın.