TR
Video yükle

Mingəçevir, İsmayıllı və Ağdam rayonlarında yanğın hadisələri baş verib

2 izlenme Son haberler
Mingəçevirdə binada bir evdə baş verib. Yanğının təsirindən digər mərtəbədə yaşayanlar tüstüdən təsirlənib, bir nəfər zəhərlənib.





Mingəçevirdə, Cəmil Əliyev küçəsi 17 ünvanındakı binanın 4-cü mərtəbəsində baş verən yanğın 5-ci mərtəbədə yaşayanlara da çətin anlar yaşadıb.





Xezerxeber.az-ın məlumatına görə, həmin ünvanda beşmərtəbəli binanın 4-cü mərtəbəsində kirayədə yaşayan İlkin Babayev gecə yarısı tüstüdən boğularaq yuxudan ayılıb və evdə yanğın baş verdiyini görüb. Tüstüdən halsız vəziyyətə düşdüyündən qonşuları köməyə çağırıb. Alov genişləndiyindən tüstübeşinci mərtəbəni də bürüyüb.





Hadisə yerinə çağırılan yanğınsöndürənlər alovu ram edə biliblər. Mənzildə tək olan İlkin Babayev yanğından salamat qurtarılıb, alov söndürülüb. Xilasetmə briqadası tüstü ilə dolan 5-ci mərtəbədəki bir ailənin ikisi azyaşlı olmaqla 4 nəfərlik üzvünü xilas edib. Ümumlikdə yanğın nəticəsində sahəsi 48 m² olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 15 m² sahədə yanıb. Hadisənin baş vermə səbəbləri araşdırılır.





İsmayıllı rayonunda da yanğın hadisəsi baş verib. Hadisə bu gün saat 9:30 radələrində İsmayıllının Tircan kəndində qeydə alınıb. Kənd sakini Fəzail Məmmədova məxsus ümumi sahəsi 126 kvadratmetr olan fərdi yaşayış evində və 300 kvadratmetr olan tövlədə baş verən yanğının söndürülməsi üçün əraziyə İsmayıllı Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Hadisə zamanı evin 60 kvadratmetrlik hissəsi və tövlə, eləcə də 400 ot bağlaması tamamilə yanıb.Yanğının tövlədən evə keçdiyi bildirilir. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil. Faktla bağlı araşdırma aparılır.





Ağdam rayonunda isə ot tayası yanıb. Hadisə rayonun "Dörd yol bir" qəsəbəsində qeydə alınıb. Elgiz Qənbərova məxsus 3 min ot bağlaması yanaraq kül olub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin Bərdə və Ağdam rayon şöbəsinin əməkdaşları cəlb olunub. Alovun digər tikililərə keçməsinin qarşısını alınıb. Hadisə zamanı fermerə təxminən 8 min manat ziyan dəydiyi bildirilir. Yanğının səbəi araşdırılır.

Yorumlar 0

Yorum yazmak için giriş yapın

Henüz yorum yok. İlk yorumu siz yazın.