TR
Video yükle

Minatəmizləmə əməliyyatları davam etdirilir

23 izlenme Son haberler
Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə bir qrup jurnalist Ağdamda Qızıl Kəngərli kəndində, Xaçınçay su anbarı və ondan ayrılan beton kanalın ətrafının minalardan təmizlənməsi prosesi ilə tanış olub

FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin minatəmizləmə qrupunun komandiri, baş leytenant Süleyman Heydərov bildirib ki, digər dövlət qurumları ilə yanaşı, FHN-in qüvvə və vasitələri də işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə işlərinə cəlb edilib. Tapşırıqların icrası məqsədilə Xidmətin istehkam və pirotexnik bölmələrinin şəxsi heyətindən ibarət minatəmizləmə qrupları formalaşdırılıb.

S. Heydərov həmçinin deyib ki, aviabombalar vasitəsilə atılan bombacıqlara da rast gəlinib. Bunlar tennis topları boydadır və ərazidə olanların diqqətini cəlb edə bilər.Buna görə də hər kəsə çağırış edirəm ki, belə sursatlarla qarşılaşdıqda FHN-in 112 zəng mərkəzinə məlumat versinlər”.

REAL

Yorumlar 0

Yorum yazmak için giriş yapın

Henüz yorum yok. İlk yorumu siz yazın.