Mina təhlükəsi davam edir
34 izlenme
Son haberler
Müharibənin başa çatmasına baxmayaraq işğaldan azad olunan ərazilərimizdə mina təhlükəsi hələ də qalmaqdadır. Yalnız hərbi qulluqçuların deyil, mülki şəxslərin də minaya düşərək həlak olduğu və ya yaralandığı onlarla hadisə baş verib.
Bu insanların həyat və sağlamlığına ciddi təhlükə yaratmaqla bərabər, işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işləri istiqamətində dövlət əhəmiyyətli layihələrin həyata keçirilməsinə də maneə törədir.
Elə ötən gün Sumqayıt şəhər sakini, 1972-ci il təvəllüdlü Ağayev Zəfər Yunis oğlu ekskavatorla tank əleyhinə minaya düşərək müxtəlif dərəcəli xəsarətlər alıb.
Onun sözlərinə görə bu onu bu onu göstərir ki, işğaldan azad olunan ərazilərimizdə minalanma səviyyəsi çox yüksəkdi. Hafiz Səfixanov həmçinin işğalda olduğu müddətdə torpaqlarımızda basdırılmış minaların hələ də partlayıcılıq qabiliyyətinin itirmədiyini də vurğuladı.
Qeyd edək ki, Azərbaycan mina təmizləmə əməliyyatlarında dünyada lider ölkələrdən biridir. BMT-nin inkişaf proqramına uyğun olaraq Azərbaycan hökuməti mina təmizləmə sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlıq edir. Mina təhlükəsizliyi maarifləndirilməsi ilə bağlı BMT uşaq fondu olan UNİCEF cəlb edilib. Bundan başqa bu yaxınlarda Birləşmiş Krallıq və Fransa da Azərbaycanda mina təmizləmə əməliyyatlarına maliyyə vəsaiti ayırdıqlarını elan etdilər.

Yorumlar 0
Yorum yazmak için giriş yapın
Henüz yorum yok. İlk yorumu siz yazın.