TR
Video yükle

Milli Məclis bəyanat yayıb

335 izlenme Son haberler
Parlamentin payız sessiyasının ilk plenar iclasında "Azərbaycan xalqının Vətən müharibəsinin başlanmasının ildönümü ilə əlaqədar Milli Məclisin Bəyanatı" müzakirəyə çıxarılıb.

Parlamentin sədri Sahibə Qafarova dedi ki, Vətən müharibəsində əldə edilən parlaq qələbə ilə 30 illik işğala son qoyulub.

Daha sonra millət vəkili Nizami Səfərov Milli Məclisin bəyanatını oxudu. Sənəddə deyilir ki, 2020-ci il sentyabrın 27-də növbəti təxribatdan sonra Azərbaycan Respublikası BMT-nin Nizamnaməsinin verdiyi özünümüdafiə hüququndan istifadə etmiş və təcavüzkarı sülhə məcbur etmək, Azərbaycan torpaqlarının işğalına son qoymaq məqsədi ilə əks-hücum əməliyyatına başlamışdır.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri ilk günlərdən Ermənistan silahlı qüvvələrini ağır məğlubiyyətə uğradıblar.

Bəyanatda o da deyilir ki, bəzi dövlətlər öz maraqlarını həyata keçirmək vasitəsinə çevirdikləri münaqişəyə son qoyulması ilə barışmaq istəmirlər.

“Bu dövlətlər öz bəyanatları və hərəkətləri ilə regionda sülh və sabitliyin bərqərar edilməsinə, əslində, mane olurlar. ATƏT-in Minsk Qrupunun səmərəsiz fəaliyyətinin bərpa edilməsinə cəhdlər göstərilir, Qarabağda 20-30 min erməninin yaşadığı əraziyə ayrıca status verilməsi barədə iddialar irəli sürülür.
Unutmaq lazım deyil ki, Azərbaycan Respublikası münaqişəni öz gücü ilə həll etmiş və əvvəlki formatda vasitəçilik səylərinə, əslində ehtiyac qalmamışdır. Digər tərəfdən, Azərbaycan qədim tolerantlıq ənənələrinə malik olan çoxmillətli unitar dövlətdir və burada bütün etnik qrupların nümayəndələri bərabərlik və qarşılıqlı hörmət şəraitində yaşayırlar. Bu ölkə bütün Azərbaycan vətəndaşlarının ümumi və bölünməz vətənidir. Qarabağda yaşayan ermənilər Azərbaycanın digər vətəndaşları ilə eyni hüquq və azadlıqlara malikdirlər və onlara hər hansı statusun verilməsindən söhbət gedə bilməz”, - Millət vəkili Nizami Səfərov deyib.

Milli Məclisi ümid etdiyini bildirir ki, uzun illər ərzində qanlı münaqişədən əziyyət çəkmiş Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında daimi sülhün bərqərar edilməsi, sivil dövlətlərarası münasibətlərin qurulması, bu dövlətlərin ərazisində Azərbaycan və erməni xalqlarının nümayəndələrinin dinc yanaşı həyatının təmin edilməsi üçün yaranmış tarixi imkan lazımınca dəyərləndiriləcək.

REAL

Yorumlar 0

Yorum yazmak için giriş yapın

Henüz yorum yok. İlk yorumu siz yazın.