Məşhur rəis işdən çıxarıldı
164 izlenme
Son haberler
Daxili İşlər naziri Vilayət Eyvazov Bakı Dövlət Yol Polisi İdarəsinin rəisi Nuşirəvan Səfərovu tutduğu vəzifəsindən azad edib. Bakı Şəhər Baş Polis İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev açıqlamasında bildirib ki, Nuşirəvan Səfərov yaş həddinə görə təqaüdə göndərilib: Hələlik onun yerinə təyinat olmayıb. Xatırladaq ki, Səfərov 2010-cu ilin mart ayında sabiq Daxili İşlər naziri Ramil Usubovun əmri ilə bu vəzifəyə təyin edilmişdi. Səfərov bu təyinatdan əvvəl Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin yol-patrul xidmətinə nəzarət şöbəsinə rəhbərlik edib.
Yorumlar 0
Yorum yazmak için giriş yapın
Henüz yorum yok. İlk yorumu siz yazın.