Mərdəkanda yerləşən 2 tarixi abidə bərpa ediləcək
16 izlenme
Son haberler
Böyük Mərdəkan Qəsri və Tuba Şah Məscidi bərpa ediləcək. Bu məqsədlə mədəni irsin qorunması, inkişafı və bərpası üzrə dövlət xidməti ilə Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi arasında niyyət məktubu imzalanıb. İşlərə yaxın vaxtlarda start veriləcək.
Mərdəkanda yerləşən 2 tarixi abidə bərpa ediləcək.
12-ci əsrdə inşa edilmiş Böyük Mərdəkan qəsri hazırda turistlərin daha çox diqqətini çəkən tarixi abidələrdən biridir. Sonuncu dəfə burada yenidənqurma və bərpa işləri 30 il əvvəl aparılıb.
Bərpaya ehtiyacı olan digər abidə isə Mərdəkanda yerləşən Tuba Şah məscididir. Burada isə bərpa işləri ötən əsrin ortalarında aparılıb. Hazırda bu tarixi abidənin də yenidənqurma və bərpaya ehtiyacı var.
Yaxın aylarda hər iki tarixi abidənin bərpasına başlanılacaq. Bu məqsədlə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi arasında Niyyət Məktubu imzalanıb.
Bu, Azərbaycanda tarixi abidələrin TİKA tərəfindən bərpa olunması baxımından ilk layihə olacaq. Sözügedən agentliklə əməkdaşlıq bu iki tarixi abidənin bərpası ilə yekunlaşmayacaq və əməkdaşlıq davam etdiriləcək. Əldə olunan razılaşmaya əsasən, Bakıda və bölgələrdə yerləşən başqa tarixi abidələrdə də bərpa işləri həyata keçiriləcək.

Yorumlar 0
Yorum yazmak için giriş yapın
Henüz yorum yok. İlk yorumu siz yazın.