TR
Video yükle

Mənim içik təyyarəm

2 izlenme Son haberler
“Azərbaycan Hava Yolları” QSC-nin Milli Aviasiya Akademiyasının nəzdində fəaliyyət göstərən Mülki Aviasiya Muzeyində 30 may 2019-cu il tarixində 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü və 2 iyun mülki aviasiya işçilərinin peşə bayramına həsr olunmuş "Mənim kiçik təyyarəm" adlı tədbir keçirildi.Tədbirdə akademiyanın İctimaiyyətlə əlaqələr üzrə prorektoru Şəmsəddin Axundov, akademiyanın “Dil və ictimai fənlər” kafedrasının müdiri Nəriman Həsənzadə, Şöhrət ordenli təyyarəçi Əzimbala Əzimov, tələbələr və Kəlbəcər rayonu 37 saylı orta məktəbin və Xətai rayonu 55 saylı orta məktəbinin xüsusi siniflərində təhsil alan şagirdləri iştirak etdi.



Tədbiri Əməkdar mədəniyyət işçisi Şəmsəddin Axundov açaraq, uşaqları bayram münasibətilə təbrik etdi.



Daha sonra muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Firəngiz Hüseynova öz çıxışında tədbirin əhəmiyyətindən bəhs edərək, diqqətə çatdırdı ki, xüsusi qayğıya ehtiyacı olan şagirdlərin yaradıcılıq potensialını üzə çıxarmaq, onları diqqətdən kənarda qoymamaq hər bir vətəndaşın borcudur və təşkil edilmiş bu tədbir də uşaqların xatirəsində xoş bir iz buraxacaqdır.



Daha sonra muzeyin hazırladığı “Mülki Aviasiya muzeyi uşaqların gözü ilə” adlı fotosərgiyə, həmçinin məktəblilərin muzeyə hədiyyə etdikləri aviasiya mövzusuna həsr olunmuş rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirildi.



Firəngiz Hüseynova sərgidə xüsusi əl bacarığı nümayiş etdirən şagirdlərə təşəkkürnamə təqdim etdi.



Bayram tədbiri akademiyanın aviamodelçilik dərnəyinin hazırladığı aviamodellərin təqdimi və bu kiçik modellərin hazırlığı ilə bağlı ustad dərsinin keçirilməsi, həmçinin musiqi sədaları altında akademiyanın tələbələrinin dərnəkdə hazırladığı aviamodellərın ən yaxın məsafədən uçuş-şousunun nümayişi ilə davam etdi.



Tədbirin sonunda iştirakçılar üçün xüsusi çap edilmiş şarların səmaya buraxılması və kiçik hədiyyələrin təqdim edilməsi uşaqların böyük sevincinə səbəb oldu.

Yorumlar 0

Yorum yazmak için giriş yapın

Henüz yorum yok. İlk yorumu siz yazın.