TR
Video yükle

“Mən Putinə qarşıyam...”

1 252 izlenme Son haberler
Ukrayna Silahlı Qüvvələri Mariupol yaxınlığında Rusiya Federasiyasının tank taqımının komandirini əsir götürüb.
Yeniavaz.com “unian”a istinadla xəbər verir ki, dindirmə zamanı o, rus işğalçılarının depressiyaya uğramış mənəviyyatından danışıb və onlara Ukraynaya qarışmamağı tövsiyə edib.
"Dedilər ki, biz Mariupolun kənarına gedirik. Sadəcə orada durun və gözləyin ki, xüsusi təyinatlılar tapşırığı yerinə yetirsinlər... Mənəviyyat çöküb, çoxlu adam qaçıb... Arxada harasa. Deyirlər, onları buraxmırlar”, - saxlanılan şəxs bildirib.
Onun sözlərinə görə, özü də Putinə qarşıdır:
“Mən heç vaxt ona səs verməmişəm. Amma mən Ukraynaya getdim, çünki həbs cəzası ilə hədələdilər. Mən sadəcə olaraq tank sürürdüm, hətta atmaq fikrində deyildim.
Başqalarına məsləhət görürəm ki, ümumiyyətlə bura qarışmayın, bu torpağı tərk edin. Vəssalam. Və evinizdə rahat yaşayın, heç kimə toxunmayın, heç yerə getməyin. Bizə lazım deyil, kiminsə canını almaq”.

Yorumlar 0

Yorum yazmak için giriş yapın

Henüz yorum yok. İlk yorumu siz yazın.