TR
Video yükle

“Lotu Quli”nin adamları belə saxlanıldı

211 izlenme Son haberler
Ukrayna hüquq-mühafizə orqanları Odessa şəhərində qəsbkarlıqla məşğul olan cinayətkar dəstəni zərərsizləşdirib.

Oxu24.com Ukraynanın Fakt nəşrində istinadla xəbər verir ki, dəstəyə “Lotu Quli”nin adamlarından biri, Azərbaycandan olan “Kondur” ləqəbli kriminal avtoritetin rəhbərlik etdiyi məlum olub.

Məlumata görə, dəstə üzvləri cari ilin fevralında Odessanın Suvorov rayonunda adı açıqlanmayan kişinin 110 min qrivenini (4 min dollardan çox) və “Nissan” markalı iki avtomobilini əlindən alıblar. Bundan sonra onlar qurbanından yenə pul tələb ediblər. Lakin həmin şəxs polisə müraciət edib.

Dəstə üzvləri onunla yenidən görüşüb 5 min dolları və “Hyundai” markalı avtomobili almaq istəyəndə polis tərəfindən saxlanılıblar.

Yorumlar 0

Yorum yazmak için giriş yapın

Henüz yorum yok. İlk yorumu siz yazın.