TR
Video yükle

Lənkəranda hoteldə yanğın baş verib

1 izlenme Son haberler
Bu gün günorta saatlarında Lənkəran rayonunun Göyşaban kəndi ərazisində yerləşən PANORAMA oteldə yanğın baş verib və hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Lənkəran rayon və Liman şəhər yanğından mühafizə hissələrinin 5 texnikası və canlı qüvvələri cəlb olunub. Lənkəran rayonunun Kərgəlan kənd sakini 1984 - cü il təvəllüdlü Babək Xeybər oğlu Heydərliyə məxsus olan oteldə yanğın dam örtüyündən başlayıb.

Görülən təxirəsalınmaz tədbirlər nəticəsində oteldə baş verən yağın saat 14:26 -da tam söndürülüb. Ümumi sahəsi 650 kvadratmetr olan obyektin 150 kvadratmetr sahəsi yanıb. Otelin 1 ci mərtəbəsi, həyətdə olan koteclər və yardımçı tikililər yanğından qorunub. Qeyd edək ki, otelin bu gün açılışı planlaşdırılırdı. Yanğın zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır. Yanğının baş vermə səbəbi dəqiqləşdirilir.

Yorumlar 0

Yorum yazmak için giriş yapın

Henüz yorum yok. İlk yorumu siz yazın.