TR
Video yükle

KTMT qərar verdi

1 649 izlenme Son haberler
KTMT Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətlə bağlı qərar verdi

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının nümayəndə heyəti bu gün axşam saatlarında İrəvana gedəcək.

Oxu24.com-un məlumatına görə, bunu KTMT-nin Birləşmiş Qərargahının rəhbəri Anatoli Sidorov bildirib.

Eyni zamanda o əlavə edib ki, Ermənistanla Azərbaycan sərhədində güc tətbiqindən söhbət getmir.

"Təşkilat münaqişənin sülh yolu ilə həllinə ümid edir", - deyə Sidorov vurğulayıb.

Onun sözlərinə görə, missiyanın göndərilməsi təklifi Putin tərəfindən irəli sürülüb və təşkilata üzv olan bütün dövlətlər tərəfindən dəstəklənib. Hələlik Ermənistana KTMT sülhməramlı kontingentinin göndərilməsindən söhbət getmir.

Yorumlar 0

Yorum yazmak için giriş yapın

Henüz yorum yok. İlk yorumu siz yazın.