TR
Video yükle

Krikorov Nərgizi alçaltdı

272 izlenme Son haberler
Rusiyanın Xalq artisti Filip Kirkorov ilk dəfə qalmaqal yaşadığı özbək həmkarı Nərgiz Zakirova ilə xoş olmayan münasibətlərindən danışıb.

32gun.az bizim media-ya istinadən xəbər verir ki, bu barədə Dubayda olan sənətçi "YouTube"da yayımlanan "Алена, блин!" verilişində söz açıb.

Qastrol səfərinə çıxan ifaçı iki il əvvəl Daşkənddən olan həmkarı ilə sosial şəbəkədəki yazışmalarını nümayiş edib. Mesajlarda Kirkorovun ünvanına təriflər yağdıran Zakirova həmkarını doğum günü münasibəti ilə təbrik edərək ona sevgisini etiraf edib.

Filipin sözlərinə görə, prodüser Maksim Fadeev dahidir, çünki bu "nankor" sənətkarı öz əlləri ilə yaradıb.

Qeyd edək ki, Nərgiz Zakirova Özbəkistanda Filip Kirkorovun şəhərdə asılmış posterinə nalayiq ifadələr səsləndirib. Buna cavab olaraq Kirkorov bildirib ki, həmkarı vətəndaşları və hakimiyyəti təhqir etdiyinə görə 50 il müddətinə Rusiyadan qovulub.

Yorumlar 0

Yorum yazmak için giriş yapın

Henüz yorum yok. İlk yorumu siz yazın.