TR
Video yükle

Kiyevdə Cümhuriyyət Günü

4 izlenme Son haberler
Ukraynanın Kiyev şəhərində 28 May Respublika Günü və Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illik yubileyinə həsr olunan tədbir keçirilib.

Tədbir iştirakçıları öncə Naxçıvan Muxtar Respublikasının yaranmasının 95 illiyi ilə bağlı təşkil edimiş Naxçıvan məhsullarının sərgisi ilə tanış olublar.

Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev tədbirdə çıxış edərək bildirib ki, 1918-ci ildə şərqdə ilk dəfə yaradılınış Azərbaycan Demoxratik Xalq Cümhuriyyətinin bir çox sahələrlə yanaşı diplomatik sferada tarixi nailiyyətlər əldə etdi.

Tədbirdə 1991-ci ildə ölkəmizin 2-ci dəfə dövlət müstəqilliyini bərpa etdikdən sonra torpaqlarımızın 20 faizi Ermənistan tərəfindən işğal olunması və 1 milyondan çox insannı doğma yurd yerlərindən didərgin salındığı diqqətə çatdırılıb.

Azərbaycanla Ukrayna arasındakı tarixi dostluq əlaqələrinin ölkələrimizin beynəlxalq arenada eyni mövqedən çıxış etdiyini və bir-birinin ərazi bütövlüyünü tam şəkildə dəstəklədiyini bildirilib.

Tədbirdə çıxış edənlər son illər Azırbaycanın təşəbbüsü ilə bölgədə qlobal sosial iqtisadi layihələrin həyata keçirildiyini,ölkəmizin şərqlə qərbin multikulturalim mərkəzinə çevrildiyini qeyd ediblər.

Ukraynanın Xarici İşlər nazirinin müavini Vasili Bodnar Azərbaycanla Ukrayna arasında diplomatik əlaqələrin 1918-ci ildə yarandığını bildirib .1991-ci ildə dövlət müstəqilliklərini əldə edən ölkələrimizin beynəlxalq arenada strateji müttəfiqlərə çevrildiyini diqqətə çatdıran nazir müavini Respublika Günü münasibəti ilə xalqımıza sülh və əminamanlıq arzularını çatdırıb.

Tədbirdə Azərbaycanla Ukraya arasındakı dostluq əlaqələrinin inkişafındakı xidmətlərinə görə bir sıra şəxsə Azərbaycan səfirliyinin fəxri diplomları təqdim olunub.

Yorumlar 0

Yorum yazmak için giriş yapın

Henüz yorum yok. İlk yorumu siz yazın.